AZ

Paşinyan Putinlə Ermənistanda sosial mediadakı azadlıqdan danışıb

Bəzi Ermənistan vətəndaşları sosial mediada həddindən artıq azadlığın olduğunu düşünür.

Qaziler.az “Sputnik Near Abroad”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşdə internet məhdudiyyətlərini müzakirə edərkən deyib.

"Bəzi Ermənistan vətəndaşları hesab edirlər ki, sosial mediada həddindən artıq azadlıq var, çünki heç bir məhdudiyyət yoxdur", - deyə Ermənistan hökumətinin rəhbəri bildirib.

Ölkədəki azadlıqdan danışan Paşinyan həmçinin bildirib ki, Ermənistanda siyasi məhbus yoxdur.

QAZİLER.AZ

Seçilən
30
qaziler.az

1Mənbələr