AZ

Mehdiabadda məktəb fəaliyyətini niyə dayandırıb?VİDEO

Mehdiabadda fəaliyyət göstərən məktəb müvəqqəti bağlanıb.

Xezerxeber.az xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mehdiabad qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında aparılan texniki baxış zamanı divarlarda çatların yarandığı müəyyən edilib. Bildirilib ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, məktəb binasının təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlərin görülməsi barədə göstəriş verilib.

Belə ki, bugündən etibarən təhsil müəssisəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədi ilə şagirdlərin yaxınlıqda yerləşən digər ümumi təhsil müəssisələrinə yönləndirilməsi və dərs prosesinə cəlb olunması həyata keçirilir. Sakinlər bildirirlər ki, məktəbin qəzalı vəziyyyətdə olması şagirdlər üçün təhlükəli idi. 

Abşeron-Xızı Regional Təhsil İdarəsindən “Xəzər Xəbər”ə bildirilib ki, hazırda aidiyyəti qurumlarla birgə yaranmış vəziyyətin səbəblərinin araşdırılması və zəruri təmir-bərpa işlərinin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
22
7
xezerxeber.az

10Mənbələr