AZ

“Rusiya Azərbaycana minnətdardır...” Zaxarova

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya Azərbaycan hökumətinə İrana humanitar yardımın çatdırılmasında göstərdiyi köməyə görə təşəkkürünü bildirib.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariyа Zaxarova brifinqdə məlumat verib.

Zaxarovanın sözlərinə görə, Rusiya İranda əhalinin humanitar təminatına dəstək göstərməyə davam edir. O xatırladıb ki, ikinci böyük partiya dərman vasitələrinin çatdırılması martın 27-də Astarada, İran-Azərbaycan sərhədində baş tutub. Həmin partiya 300 tondan artıq dərman preparatlarını əhatə edib və yük dəmiryolu vasitəsilə gətirilib.

Eyni gündə Astara şəhərinə Dağıstanda toplanmış əlavə 150 ton humanitar yardım da yük maşınları vasitəsilə çatdırılıb.

Brifinqdə Zaxarova bildirib: "Biz Azərbaycan hökumətinə göstərilən dəstəyə görə minnətdarıq".

Rusiya nümayəndəsinin sözlərinə görə, humanitar yardımların təşkili beynəlxalq əməkdaşlıq və bölgədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından önəmli addımdır.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
60
azpolitika.info

1Mənbələr