"Təsəvvür edin ki, 30 min dollar dəyərində olan bir silah var ki, düşməni müdafiə üçün milyonlar xərcləməyə məcbur edir.
Səsi otbiçən maşın kimi gələn, "kukuruznik"dən də yavaş uçan - lakin buna baxmayaraq, ən bahalı hava hücumundan müdafiə sistemləri ilə silahlanmış orduları diz çökdürən bir silah. Məhz belə bir reallıq bu gün Yaxın Şərqdə yaranıb".
Bu barədə "Caliber"in süjetində bəhs edilir.
"Onilliklər boyu Fars körfəzi ölkələri təhlükəsizliyi bir məntiq üzərində qururdular: müdafiə sistemi nə qədər bahalı və texnoloji cəhətdən inkişaf etmişdirsə, o bir o qədər etibarlıdır. Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt "Patriot" kompleksləri, supermüasir qırıcılar, bir vahidi bir milyon dollardan baha olan AMRAAM raketləri alırdı. Körfəz monarxiyalarının müdafiə xərcləri yüzlərlə milyardlarla ölçülür. Bütün bu infrastruktur bir təhlükə modeli - ballistik raketlər üzərində dizayn edilmişdi. Lakin zərbə tamam başqa istiqamətdən gəldi", - deyə materialda vurğulanır.