AZ

Bataqlığa tullanıb video çəkmək istəyən gənc bloger ölümlə üz-üzə qaldı - VİDEO

Sosial şəbəkələrdə daha çox izləyici və baxış toplamaq istəyən gənc blogerin çəkdiyi video qısa müddətdə viral olub.

Musavat.com xəbər verir ki, bloger diqqət çəkmək üçün bataqlığa tullanaraq qaçış videosu çəkmək qərarına gəlib.

O, hər şeyi əvvəlcədən planlaşdırıb, kamera qurulub və çəkiliş başlayıb. İlk baxışda hər şey nəzarət altında görünsə də, hadisələr bir anda dəyişib.

Məlum olub ki, bataqlıq kənardan göründüyü kimi deyil. Qalın palçıq onu özünə çəkməyə başlayıb, dibi tapmaq mümkün olmayıb. Hərəkət etdikcə isə vəziyyət daha da ağırlaşıb. Bir müddət sonra gənc panikaya düşüb və kömək istəməyə başlayıb. Bütün bu anlar kameraya düşüb və real vaxt rejimində lentə alınıb.

Video sosial şəbəkələrdə sürətlə yayılıb və milyonlarla baxış toplayıb. İzləyicilər isə bu hadisəni sosial şəbəkələrdə məşhur olmaq xatirinə həyatını riskə atanların növbəti nümunəsi kimi qiymətləndiriblər.

Mütəxəssislər xəbərdarlıq edir ki, bataqlıq və palçıqlı ərazilər olduqca təhlükəlidir. Belə ərazilərdə insan bədəninin çəkisi palçıq tərəfindən sorula bilər və düzgün hərəkət edilmədikdə boğulma riski yaranır.

Musavat.com

Seçilən
11
50
musavat.com

10Mənbələr