AZ

İran İsraildəki ABŞ təyyarələrinə zərbələr endirib

İran Silahlı Qüvvələri İsrailin Ben-Qurion hava limanında ABŞ-yə məxsus "E-3 Sentry" (AWACS) uzaqmənzilli radiolokasiya təyyarələrinin və yanacaq tankerlərinin yerləşdiyi yerə zərbələr endirib.

Moderator.az bu barədə "Fars" agentliyinə istinadən xəbər verir.

"Hücumların bu dalğasında iki min km uçuş məsafəsinə malik "Araş-2" pilotsuz uçuş aparatlarından istifadə edilib", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, zərbələr həmçinin ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən radiolokasiya aşkarlama obyektinə və radioelektron mübarizə vasitələrinə də endirilib.

Seçilən
16
3
moderator.az

5Mənbələr