AZ

Dünyanın ən varlı idmançılarından biri həbs olunması ilə bağlı açıqlama verib

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Amerikalı qolfçu Tayger Vuds sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs olunması ilə bağlı X sosial media səhifəsində şərh verib.

AZƏRTAC xəbər verir ki, dünyanın ən varlı idmançılarından biri olan Vuds müalicə almaq üçün idmandan müvəqqəti olaraq ayrıldığını bildirib. O, daha sağlam, güclü və daha diqqətli olmaq istədiyini vurğulayıb.

Qolfçunun həbsi martın 28-də elan edilib. O, yol-nəqliyyat qəzasına uğrayıb. Qəzadan sonra alkoqol testindən uğurla keçsə də, narkotik testdən imtina edib və bu səbəbdən həbs olunub.

2025-ci ildə Tayger Vudsun xalis sərvəti 2,79 milyard dollar olub. O, pulunun çox hissəsini reklamlardan qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
3
yeniazerbaycan.com

4Mənbələr