AZ

DÇ 2026: Final mərhələsinə vəsiqə qazanan bütün yığmalar bəlli olub

ain.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Bu il keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, bu, pley-off mərhələsinin həlledici görüşlərindən sonra rəsmiləşib. Son olaraq, qitələrarası pley-off finalında Yamaykaya qalib gələn (1:0) Konqo Demokratik Respublikası və Boliviyanı üstələyən (2:1) İraq seçmələri DÇ-2026-da iştirak hüququ əldə ediblər.

24 ildən sonra yenidən mundiala vəsiqə qazanan Türkiyə millisinin qrup mərhələsində keçirəcəyi matçların təqvimi də bəlli olub. D qrupunda yer alan “ay-ulduzlular” iyunun 14-də Avstraliya, 20-də Paraqvay, 26-da isə ev sahiblərindən ABŞ ilə qarşılaşacaq. İlk iki görüş Bakı vaxtı ilə saat 08:00-da, sonuncu qrup oyunu isə 06:00-da başlayacaq.

DÇ-2026-nın final mərhələsində iştirak edəcək komandalar

A qrupu: Meksika, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çexiya

B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina

C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya

D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə

E qrupu: Almaniya, Kurasao, Kot-d'İvuar, Ekvador

F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç

G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya

H qrupu: İspaniya, Kabo-Verde, Səudiyyə Ərəbistanı, Uruqvay

J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya

K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası

L qrupu: İngiltərə, Xorvatiya, Qana, Panama

I qrupu: Fransa, Seneqal, Norveç, İraq.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Mundialda ilk dəfə 48 ölkənin yığması mübarizə aparacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
6
yeniazerbaycan.com

7Mənbələr