AZ

Fiziyev oktaqonu buzla əvəz etdi, “nokaut”a düşdü VİDEO

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ataman” ləqəbli azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev bu dəfə idman arenalarından kənar xoşagəlməz hadisə ilə gündəmə gəlib. UFC ulduzu Taylandda istirahət edərkən yıxılıb.

İdman.Biz xəbər verir ki, son dövrlər karyerasında eniş yaşayan Fiziyev - UFC-də keçirdiyi son beş döyüşün dördündə məğlub olub - dincəlmək üçün yollandığı Taylandda təpədən sürüşərək yıxılıb.

Fiziyevin pərəstişkarları sosial şəbəkələrdə döyüşçüyə dəstək ismarışları ünvanlayaraq onun döyüşqabağı zədələnməməsini, yenidən oktaqona qayıtmasını arzulayıblar.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
icma.az

1Mənbələr