AZ

Məşhur müğənni buna görə məhkəməlik oldu

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dünya şöhrətli amerikalı müğənni Taylor Swift yeni albomunun adı ilə bağlı hüquqi problemlə üzləşib.

Milli.Az xəbər verir ki, Las-Veqaslı sənətçi Maren Ueyd onu müəllif hüquqlarını pozmaqda ittiham edərək məhkəməyə verib. İddiaya əsasən, Sviftin "The Life of a Showgirl" albom adı Ueydin uzun illər istifadə etdiyi "Confessions of a Showgirl" layihəsinə çox bənzəyir.

Bildirilir ki, Ueyd bu adı hələ 2015-ci ildə rəsmi qeydiyyatdan keçirib. ABŞ Patent və Əmtəə Nişanları İdarəsi isə oxşarlığa görə Sviftin müraciətini rədd etsə də, albom həmin adla yayımlanıb.

Hazırda iddiaçı tərəf kompensasiya tələb edir və albom adının istifadəsinin dayandırılmasını istəyir.

Asya

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
3
news.milli.az

4Mənbələr