Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Ramana qəsəbəsində olub.
Eldar Əzizov bir neçə gün yağan intensiv yağışlar nəticəsində subasmadan zərər çəkmiş ərazilərə birbaşa baxış keçirib və orada yaşayan sakinlərlə görüşüb, həmçinin aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Görüş zamanı Eldar Əzizov sakinlərin problemlərini də dinləyib.
Sakinlər öz növbəsində görüşün təşkilinə görə minnətdarlıq ediblər. Eyni zamanda, onlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətindən narazılıqlarını açıq şəkildə bildiriblər. Sakinlər Agentlik tərəfindən bu problemlərə yetərli diqqət yetirilmədiyini və bərpa işlərinin zəif aparıldığını qeyd ediblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


