AZ

Çində atəşkəs danışıqları başlayıb

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pakistan və Əfqanıstanın qalıcı atəşkəsi təmin etmək üçün Çinin vasitəçiliyi ilə danışıqlara başladığı iddia edilib. 

"Cebheinfo.az" xəbər verir ki, adlarının açıqlanmasını istəməyən rəsmilər "Associated Press"ə (AP) verdikləri açıqlamada Pakistan ilə Əfqanıstanın bir aydan çoxdur davam edən qarşıdurmaları sona çatdırmağı hədəflədiyini və hər iki ölkənin nümayəndələrinin Sincan-Uyğur Muxtar Rayonunun inzibati mərkəzi Urumçidə bir araya gəldiklərini irəli sürüblər. 

Çin rəsmiləri isə mövzu ilə bağlı rəsmi açıqlama verməyib. Digər tərəfdən, Pakistan Xarici İşlər Nazirliyindən də AP-nin xəbəri ilə bağlı hər hansı bir açıqlama gəlməyib. Bu arada, iki pakistanlı rəsmi CNN-ə verdikləri açıqlamada Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Darın Çin səfəri zamanı Pekinin qarant qismində çıxış etməsi ehtimalını müzakirə etdiyini bildiriblər. 

Həmçinin mənbələr, Pakistan Prezidenti Asif Əli Zərdarinin regional vəziyyəti müzakirə etmək üçün İslamabaddakı Çin səfirliyində görüşlər keçirdiyini iddia ediblər. Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü də Çin ilə aparılan danışıqlarla bağlı sualları cavablandırmaqdan imtina edərək, bu görüşlərin çox "həssas və incə" olduğunu söyləyib. 

Çin Xarici İşlər Nazirliyi CNN-in mövzu ilə bağlı şərh tələbini cavabsız qoyub. Digər tərəfdən, Kabil mərkəzli "Tolo News"a danışan mənbələr də Əfqanıstandan 5 nəfərlik nümayəndə heyətinin Pakistan ilə danışıqlar aparmaq üçün Çinə yola düşəcəyini qeyd ediblər. 

Nümayəndə heyətində Əfqanıstanın Xarici İşlər, Daxili İşlər və Müdafiə nazirlikləri, həmçinin Kəşfiyyat Baş İdarəsinin təmsilçisinin yer aldığı bildirilib.Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
cebheinfo.az

2Mənbələr