AZ

Abşeronda nasos stansiyasında yaranan problem aradan qaldırılır - RƏSMİ

Bakı.Trend:

ADSEA-nın və digər dövlət qurumlarının birgə fəaliyyətinəticəsində hazırda nasos stansiyanın bərpası istiqamətində işlərdavam etdirilir.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən(ADSEA) məlumat verilib.

Bildirilir ki, nasosların bir neçəsi artıq işlək vəziyyətəgətirilib.

"Hazırda rayonun bütün ərazilərinə içməli su verilir.Stansiyanın fəaliyyəti tam bərpa olunduqdan sonra su təminatındaəvvəlki qrafik rejimin tətbiqi təmin olunacaq.

Nasos stansiyanın fəaliyyətindəki problem səbəbindən bəziərazilərin yağış sularından təmizlənməsi prosesində çətinliklərvar. Buna baxmayaraq, Agentliyin tabeli qurumlarının əməkdaşlarıgücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər", -qurumdan əlavə edilib.

Qeyd edək ki, Azərbaycanda bayram günlərində müşahidə olunanintensiv yağışlar paytaxt və bölgələrdə infrastrukturunfəaliyyətinə ciddi təsir göstərib. Yağış suları xüsusilə Abşeronrayonunun Masazır qəsəbəsini içməli su ilə təmin edən nasosstansiyasında nasazlığa səbəb olub və nəticədə beş gündür qəsəbəninbəzi ərazilərinə suyun verilməsi dayandırılıb.

Seçilən
33
3
az.trend.az

3Mənbələr