AZ

Putinin Paşinyan ilə görüşünün təfərrüatı məlum oldu

Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında bu gün keçiriləcək görüşün formatı açıqlanıb. 

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə danışıb. 

“Bu gün Ermənistan-Rusiya danışıqları keçiriləcək və iki ölkə liderləri ikitərəfli gündəliyi, eləcə də Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafı ilə bağlı məsələləri müzakirə edəcəklər.

“Bundan sonra Putin və Paşinyan işçi səhər yeməyi formatında təkbətək danışıqları davam etdirəcəklər”, - deyə Peskov bildirib.

Seçilən
14
1
cebheinfo.az

2Mənbələr