AZ

Mariya Zaxarova Ermənistanla bağlı xəbəri təkzib etdi

BAKI, 1 aprel. TELEQRAF

Rusiya Ermənistan dəmir yollarının idarəetmə konsessiyasının Qazaxıstana verilməsi ilə bağlı nə İrəvan, nə də Astana ilə danışıqlar aparır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“2008-ci ildə imzalanmış konsessiya müqaviləsinin müddəti 30 ildir və daha 10 il uzadılması mümkündür. İllərdir “Cənubi Qafqaz Dəmir Yolları” bu müqavilənin şərtlərini məsuliyyətlə yerinə yetirir. Rusiyanın infrastruktura investisiyaları 30 milyard rubldan çox təşkil edib”, - Zaxarova deyib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya Ermənistan dəmir yolunun idarə olunmasına yenidən baxmağı təklif etmişdi.

Seçilən
17
teleqraf.com

1Mənbələr