Şəmkirdə yanıq xəsarəti alan ana və oğul xəstəxanaya yerləşdirilib
Şəmkir rayonunda ana və oğul yanıq xəsarəti alıb. 1news.az APA-ya istinadən xəbər verir ki, martın 27-də 1995-ci il təvəllüdlü Anar Budaqov və anası 1976-cı il təvəllüdlü Sevda Budaqova yaşadığı Morul kəndindəki evdən termiki yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. S.Budaqova martın 31-də orada ölüb. Araşdırmalar aparılır.