AZ

Azərbaycanda əsərlərin qeydiyyatı artıb

Bakı.Trend:

Azərbaycanda müəlliflik hüququ və əlaqəli hüquqlarınobyektlərinin könüllü qeydiyyat sistemi mövcuddur. Müəlliflər vəhüquq sahibləri əsərlərini (musiqi, şeir, kitab, film, rəsm,kompüter proqramı və s.) Əqli Mülkiyyət Agentliyində qeydiyyatdankeçirə bilərlər.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Əqli MülkiyyətAgentliyindən (COPAT) məlumat verilib.

Bildirilib ki, bunun üçün şəxsən və ya onlayn formada Agentliyəmüraciət etmək olar. Hazırda əsərin qeydiyyatını Agentliyə gəlmədənElektron hökumət portalı vasitəsilə də etmək mümkündür. Bunun üçünmüvafiq ərizə və əsərin rəqəmsal versiyası tələb olunur.

2025-ci ildə 512 müəllif-hüquq sahibinin (2024-cü ildə 346 hüquqsahibi) 900 əsəri və ifası (2024-cü ildə 660) qeydiyyatdankeçirilib. O cümlədən elektron qaydada qeydiyyatdan keçirilmişəsərlərin sayı 660 (2024-cü ildə 543), kompüter proqramlarının sayı43 (2024-cü ildə 32), ədəbi əsərlərin sayı 370 (2024-cü ildə 197),elmi əsərlər və dərs vəsaitlərinin sayı 111 (2024-cü ildə 75),mətnli və mətnsiz musiqi əsərlərinin sayı 209 (2024-cü ildə 138) vəifaların sayı 37 olmuşdur.

Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildənindiyədək Agentlikdə 17 mindən çox əsər və əlaqəli hüquqlarınobyektləri qeydiyyatdan keçirilib.

Qeyd edək ki, müəllif hüquqları sahəsində mübahisə yarananhallarda, digər sübutlar olmadıqda, Agentlik tərəfindən verilənqeydiyyat haqqında şəhadətnamə məhkəmələr tərəfindən müəlliflikprezumpsiyası kimi tanınır.

Seçilən
48
3
az.trend.az

4Mənbələr