AZ

“Barselona”lı ərəblərin “radarında”

“Əl-Qadisiya” “Barselona”nın yarımmüdafiəçisi Daniel Olmo ilə maraqlanır.

Msport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi oyunçunun bir neçə oyununa qatılıb.

Lakin hələlik transfer təklifi etməyib. Olmo “blauqrana”da xoşbəxtdir və getmək istəmir. “Blauqrana” da 27 yaşlı futbolçuya maraq göstərir.

Qeyd edək ki, Olmo bu mövsüm bütün turnirlərdə 38 oyunda meydana çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir.

Seçilən
1
2
msport.az

3Mənbələr