AZ

Eks-nişanlısını instaqramda "qara siyahı"ya atdı

Amerikalı aktrisa-model Meqan Foks keçmiş reper nişanlısı Kolson Beykeri (Machine Gun Kelly) instaqramda "qara siyahı"ya atıb.

Bizim.Media xəbər verir ki, buna səbəb eks-nişanlısının onun yeni paylaşımlarına yazdığı şərhlər olub.
 

Uzun aradan sonra sosial media hesabında paylaşımlar edən Meqan şəkillərinə "Nömrənizi aldığıma şadam" və "Körpəmiz olduğuna şadam" kimi şərhlər yazan Kolsonu "qara siyahı"ya atıb.


Qeyd edək ki, cütlük 2020-ci ildə münasibətə başlayıb və iki il sonra nişanlanıblar. Reper Foksa gitaraçı Sofi Lloydla xəyanət etdikdən sonra onlar ayrılıblar. Cütlüyün bir qızı var. (Axşam.az)

Bizim.Media

Seçilən
3
2
bizim.media

3Mənbələr