Elnur Məmmədov yeni təqdim etdiyi “Nərgiz” klipinin çəkilişləri zamanı ölüm təhlükəsi ilə üz-üzə qalıbmış.
Publika.az xəbər verir ki, müğənni “Afaqla 10lar” verilişində çəkiliş prosesində ciddi xəsarətdən möcüzə ilə qurtulub.
Onun sözlərinə görə, klip üçün Cıdır düzündə, eləcə də Hacı Zeynalabdin Tağıyevin ev-muzeyində görüntülər lentə alınıb.
Elnur çəkiliş zamanı ata minməli olub: "Klip çəkilişi zamanı gözlənilməz hadisə baş verdi. Atın belində idim, ayağımı da bərk-bərk yəhərinə sıxmışdım. Birdən at şaha qalxdı, sonra belini yerə vurdu. Həmin gün oruclu idim. Atı heç öz sahibləri də saxlaya bilmədi.
Hər evdən çıxanda anam Quran altından keçirir. Allahın möcüzəsi olur. Mən həmin möcüzəni yaşadım. Şükür ki, balalarımın yanındayam. Komaya girə, yataq xəstəsi ola bilərdim. Bu gün balalarımın yanında olmaya bilərdim".("Yeni Sabah")