NATO-nun ABŞ-İsrailin İrana qarşı apardığı hərbi kampaniyaya qoşulmamasından sonra Birləşmiş Ştatlar Şimali Atlanika Alyansından çıxmağı ciddi şəkildə nəzərdən keçirir.
Xezerxeber.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Britaniyanın “The Telegraph” qəzetinə verdiyi açıqlamada deyib.
“Məni NATO heç vaxt inandıra bilmədi. Həmişə bilirdim ki, o, sadəcə kağızdan olan bir pələngdir, yeri gəlmişkən bunu elə Putin də bilir”,- deyə Tramp vurğulayıb.
O həmçinin Rusiya-Ukrayna münaqişəsindən də söz açıb, ABŞ-nin Ukraynanı qorumaq üçün öhdəsinə düşəni etdiyini bildirib. Trampın sözlərinə görə, bu, ümumiyyətlə ABŞ-nin problemi deyildi.