AZ

SOCAR Tbilisidə “2-ci Kapital Bazarları” konfransında təmsil olunub

SOCAR Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “2-ci Kapital Bazarları” konfransı çərçivəsində təşkil olunan ESG panel müzakirələrində təmsil olunub.

S&P Global tərəfindən moderatorluğu həyata keçirilən “ESG maliyyələşməsində dinamikanın qorunması” mövzusunda paneldə SOCAR-ın Korporativ Maliyyə Departamentinin ESG standartlarının tətbiqi şöbəsinin rəisi Tuncər Əsgərli çıxış edərək şirkətin ESG sahəsində əldə etdiyi nəticələr və dayanıqlı maliyyələşmə istiqamətində yanaşmaları barədə fikirlərini bölüşüb.

O, enerji sektorunda dekarbonizasiya üçün artan investisiya ehtiyaclarını, eləcə də karbon-intensiv sahələrdə KPI-ların düzgün müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin SOCAR tərəfindən həyata keçirilən təşəbbüslər, o cümlədən yerli bazarda uğurla yerləşdirilən “yaşıl” istiqrazların əhəmiyyətini qeyd edib.

Seçilən
52
ikisahil.az

1Mənbələr