“Zaminbank”ın (fəaliyyəti dayandırılıb-red) həbsdə olan sabiq sədri Nadir İsmayılovun Böyük Britaniyada olan, daha sonra müsadirə edilən 4.7 milyon manat dəyərində olan evinin hansı ünvanda yerləşdiyi müəyyənləşib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, söhbət “Egerton Gardens” yaşayış kompleksində yerləşən mənzildən gedir.
Çelsi bölgəsində yerləşən mənzilin yaxınlığında elit yaşayış zonaları və muzeylər var. “Egerton Gardens” həm də ortasında yerləşən öz bağ sahəsi ilə seçilir. Bu bağ sahəsi yalnız burada evləri olan sakinlər üçündür.
Bu ərazi Londonda çox bahalı və elit yaşayış zonalarından biridir. Mənzil qiymətləri milyonlarla funt-sterlinq dəyərində ölçülür.
