AZ

Tanınmış jurnalist qaçırıldı - FOTO

İraqın paytaxtı Bağdadın mərkəzində Shelly Kittleson adlı ABŞ-lİ jurnalistin qaldığı otelin yaxınlığında qaçırıldığı bildirilib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, İraq Daxili İşlər Nazirliyi ABŞ-li jurnalist Shelly Kittlesonun Bağdadda qaçırıldığını açıqlayıb.


Nazirlik tərəfindən verilən yazılı bəyanatda Kittlesonu qaçıranlardan birinin saxlanıldığı bildirilərkən "Təhlükəsizliyi təhdid edəcək hər hansı bir cəhdə və ya xarici qonaqların hədəf alınmasına imkan verməyəcəyik" - ifadəsi yer alıb.


Yerli mətbuatda yayılan xəbərlərə görə, ABŞ-li jurnalist Bağdadın mərkəzində yerləşən otelinin yaxınlarında qaçırılıb.


İraqın Təhlükəsizlik Media Şəbəkəsinin rəhbəri Saad Maan, məsələyə dair araşdırma apardıqlarını bildirib.

Seçilən
6
manset.az

1Mənbələr