Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriçlə zarafatlaşıb.
QOL.az xəbər verir ki, bu gecə Braziliya yığması Xorvatiya ilə yoldaşlıq matçı keçirib və 3:1 hesablı qələbə qazanıb.
Oyundan sonra Ançelotti 40 yaşlı futbolçu ilə söhbət edib. İtaliyalı mütəxəssis zarafatla Modriçin Braziliya kökləri olub-olmadığını soruşub.
Uzun illər xorvatiyalı yarımmüdafiəçi ilə "Real"da çalışmış Ançelotti Lukanı qucaqlayıb və gülərək deyib: "Sənin braziliyalı baban var?"
Qeyd edək ki, Ançeotti 2013-2015 və 2021-2025-ci illərdə "Real"ın baş məşqçisi olub. Modriç isə 2012-2025-ci illərdə Madrid təmsilçisində oynayıb.