BAKI, 1 aprel. TELEQRAF
28-30 Aprel tarixlərində taekvondo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda (FHN İSK) təşkil olunacaq yarışda müxtəlif klub və idman cəmiyyətlərini təmsil edən idmançılar tatami üzərinə çıxacaqlar.