AZ

İngiltərə millisi tarixində ilk dəfə Asiya təmsilçisinə məğlub olub

Bakı, 1 aprel, AZƏRTAC

Futbol üzrə İngiltərə millisi tarixində ilk dəfə Asiya ölkəsinin yığmasına məğlub olub.

AZƏRTAC “Atletik” nəşrinə istinadən xəbər verir ki, bu, ötən gecə “Uembli” stadionunda keçirilən yoldaşlıq görüşündə baş verib. Tomas Tuxelin baş məşqçisi olduğu kollektiv Yaponiyaya 0:1 hesabı ilə uduzub.

Beləliklə, İngiltərə yığması hər qitənin komandaları ilə matçlarda ən azı bir dəfə yenilib. Onlar Avropa qitəsi üzrə ilk məğlubiyyətini 1874-cü ildə Şotlandiyadan, Şimali Amerika üzrə 1950-ci ildə ABŞ-dən, Cənubi Amerika üzrə 1953-cü ildə Uruqvaydan, Okeaniya üzrə 2003-cü ildə Avstraliyaya və Afrika üzrə 2025-ci ildə Seneqaldan alıb.

Seçilən
16
azertag.az

1Mənbələr