“Barselona”nın futbolçusu Lamin Yamal İspaniya millisinin azarkeşlərinin davranışından narazı qalıb.
Publika.az xəbər verir ki, ötən gün “qırmızı furiya” yoldaşlıq oyununda Misir ilə 0:0 hesablı heç-heçə edib.
Görüş zamanı “Espanyol” stadionunda azarkeşlər Yamalın ünvanına təhqiramiz şüarlar səsləndiriblər ki, bu da gənc vingeri məyus edib. SER-in məlumatına görə, final fitindən sonra futbolçu azarkeşlərə təşəkkür etməyib və komanda yoldaşlarından əvvəl stadionu tərk edib.
Lamin Yamal ilk hissənin sonuna qədər meydanda olub və fasilədə əvəzlənib.