AZ

PAŞİNYAN PUTİNLƏ GÖRÜŞƏCƏK » AzadMedia.az

PAŞİNYAN

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfər edərək prezident Vladimir Putin ilə görüşə hazırlaşır.

NTV telekanalının hazırladığı reportajda bildirilir ki, səfərin əsas məqsədi iki ölkə arasında strateji tərəfdaşlıq məsələlərini müzakirə etməkdir. Bu görüş Paşinyanın ölkə daxilində siyasi mövqelərinin zəiflədiyi, parlament seçkiləri ərəfəsində isə ictimai narazılığın artdığı bir vaxta təsadüf edir.

Məlumata görə, Ermənistan cəmiyyətində əsas narazılıq səbəblərindən biri Qarabağ məsələsidir. Bildirilir ki, əhalinin bir hissəsi regionun itirilməsinə görə baş naziri bağışlamır, məcburi köçkünlər isə onu açıq şəkildə ittiham edir. Reportajda Yerevan metrosunda Paşinyanla Qarabağdan olan bir qadın arasında baş verən mübahisə də buna nümunə kimi göstərilir.

Qeyd olunur ki, ölkədə seçkiqabağı mühit gərgin olaraq qalır. Hakim partiyanın reytinqlərinin aşağı olduğu bildirilir, Paşinyan isə sosial şəbəkələrdə aktiv fəaliyyət göstərərək vətəndaşlarla birbaşa təmas qurmağa çalışır. Lakin bu cəhdlərin bəzən narazılıq və narahat situasiyalarla nəticələndiyi vurğulanır.

Reportajda baş nazirin Konstitusiyaya dəyişiklik planları da diqqət mərkəzindədir. Bildirilir ki, Paşinyan sənəddən Qarabağa dair istinadların çıxarılmasını təklif edir və bu məqsədlə zəruri olduğu qədər referendum keçirməyə hazır olduğunu bəyan edib.

Bununla yanaşı, hakimiyyətlə kilsə arasında gərginliyin artdığı qeyd olunur. Məlumata görə, arxiyepiskoplardan biri saxlanılıb, Paşinyanın kilsə ziyarəti zamanı isə mühafizəçilərlə ibadətçilər arasında insident yaşanıb.

Xarici siyasətdə isə Ermənistan rəhbərliyinin balans siyasəti apardığı bildirilir. Paşinyan Avropa platformalarında şimaldan gələn təhdidlərdən danışdığı halda, Moskvada strateji tərəfdaşlıq məsələlərini müzakirə etməyə hazırlaşır.

Reportajda həmçinin qeyd olunur ki, Qərb də regiondakı proseslərdə aktiv rol oynayır. NATO-nun baş katibi Mark Rutte Ermənistanın alyansa yaxınlaşmasından danışıb, Avropa diplomatiyasının rəhbəri Kaja Kallas isə ölkəyə seçkilərə müdaxilənin qarşısını almaq məqsədilə sürətli reaksiya qrupunun göndərilməsini təklif edib.

Seçilən
36
1
azadmedia.az

2Mənbələr