AZ

Hikmet Güvenc: Türk xalqlarının tarixinin, mədəniyyətinin təbliğ çox əhəmiyyətlidir VİDEO

Berlin, 1 aprel, AZƏRTAC

Türk xalqlarının tarixini və mədəniyyətini təbliğ edən tədbirlərin keçirilməsi çox vacibdir. Avropa ölkələri Türk mədəniyyətini televizorlar və qəzetlərdən deyil, birbaşa bizdən öyrənməlidir. Hər birimiz türklüyün, türk mədəniyyətinin və türkün mənşəyinin haradan gəldiyini təbliğ etməliyik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türk dövlətlərinin Almaniyadakı səfirliklərinin təşəbbüsü ilə Berlində keçirilən tədbirdə iştirak edən türk diasporunun fəal üzvlərindən Hikmet Güvenc media nümayəndələrinə açıqlamasında bildirib.

Bu qəbildən tədbirlərin təşkilati işlərində daim yaxından iştirak etdiyini vurğulayan H.Güvenc deyib: “Mən həmişə türk olmağımla qürur duymuşam. Məndən haralı olduğumu soruşduqda həmişə belə cavab verirəm: “Mən türkəm, türk olaraq yaşadım və türk olaraq öləcəyəm. Bu, həqiqətən də çox gözəl bir hissdir və türk mirasının təbliği baxımından belə tədbirlərin davamlı təşkili çox vacibdir”.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Seçilən
2
2
azertag.az

3Mənbələr