Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl yüklü vaqonlar bu gün Bakıdan yola salınıb.
Azərbaycanın iki ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ümumi çəkisi 349 ton olan 5 ədəd taxıl yüklü vaqon Ermənistana göndərilib.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23,5 min ton taxıl, 1000 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib. (Apa)