AZ

Yeni açılan klinikada plastik rekonstruktiv əməliyyatlar icbari tibbi sığorta ilə həyata keçiriləcək - Baş həkim

Bakı.Trend:

Klinikada 9 daimi plastik cərrah həkim fəaliyyət göstərəcək.Plastik Rekonstruktiv əməliyyatlar burada icbari tibbi sığorta iləhəyata keçiriləcək.

Trend xəbərverir ki bu fikirləri bu gün Dövlət Həkimləri Təkmilləşdirməİnstitutunun nəzdində fəaliyyətə başlayan Plastik və RekonstruktivCərrahiyyə Klinikasının baş həkimi Dilqəm Məmmədov jurnalistlərəaçıqlamasında deyib.

Baş həkim qeyd edib ki, klinika tədris və praktikanıninteqrasiyası ilə fərqlənir. O, rezidentura və ixtisasartırmabazası kimi fəaliyyət göstərəcək, müxtəlif tibb sahələri üzrəmütəxəssislərlə multidissiplinar əməkdaşlıq quracaq. Müasirtexnologiyalar, beynəlxalq protokollar və elmi-tədqiqat işləriburada əsas prioritet olacaq”.

D.Məmmədov bildirib ki, klinikada rekonstruktiv, estetik vəmikrocərrahiyyə əməliyyatları, yanıq və postyanıq rekonstruksiyası,onkoplastik və travma sonrası bərpa cərrahiyyəsi, kraniofasial vəəl cərrahiyyəsi, dəri və yumşaq toxuma defektlərinin örtülməsi, südvəzisi və üz rekonstruksiyası, rinoplastika, blefaroplastika,mammoplastika, liposaksiya, abdominoplastika, üz gərmə kimi estetikəməliyyatlar icra olunacaq.

“Klinika peşəkar komanda ilə təchiz olunub. Burada yüksəkixtisaslı plastik cərrahlar, anestezioloq-reanimatoloqlar,reabilitoloqlar, psixoloqlar və beynəlxalq təlim keçmişmütəxəssislər fəaliyyət göstərəcək. Gənc həkim-mütəxəssislərinhazırlanmasına xüsusi diqqət yetiriləcək.
Müasir əməliyyatxanalar, mikrocərrahiyyə avadanlıqları, lazer vəendoskopik sistemlər, 3D planlama və görüntüləmə texnologiyaları,reanimasiya və intensiv terapiya avadanlıqları klinikanın texnikibazasını təşkil edir”.

O əlavə edib ki, klinikanın fəaliyyəti Azərbaycan səhiyyəsindəplastik və rekonstruktiv cərrahiyyənin inkişafına ciddi impulsverəcək və əhalinin sağlamlığının qorunmasına mühüm töhfəolacaq.

Seçilən
2
7
az.trend.az

10Mənbələr