AZ

Kəlbəcər yenidən qurulur, dirçəlir

ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.

"31 mart-Azərbaycanlıların Soyqırımı Gününü böyük üzüntü və kədər hissi ilə andığımız günlərdə "Tunel" qırğınını da yada salmamaq mümkün deyil. Məhz 31 mart, 1993-cü ildə ermənilır Kəlbəcərdə "Tunel" adlanan ərazidə mülki əhaliyə qarşı qətliam həyata keçirmiş, onlarla mülki şəxsi müharibə qanunlarını pozaraq vəhişicəsinə qətlə yetirmişdilər. Həmin vaxt erməni silahlı birləşmələrinin Kəlbəcərə hücumundan canlarını qurtarmaq üçün Tunel adlanan ərazi ilə təhlükəsiz yerlərə qaçmağa çalışan yerli sakinlər ermənilər tərəfindən pusquya salınmış və qoca cavan, qadın uşaq demədən öldürülmüşlər. Bu açıq0aşkar müharibə cinayəti olsa da, təəssüf ki, həmin vaxt beynəlxalq bilrik ermənilərin bu cinayətinə də göz yumdu. Nəticə etibarilə cəzasızlıq sindromu aprelin 3-də Kəlbəcərin işğalı ilə nəticələndi".Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, Kəlbəcərin işğalı ilə Azərbaycan ciddi bir humanitar böhranla qarşılaşdı, minlərlə məcburi köçkün ordusu yarandı:"Kəlbəcər həm coğrafi mövqeyi, həm də strateji baxımdan əhəmiyyətli bir region idi. Ona görə də bu rayonu ələ keçirmək ermənilər üçün başlıca hədəf idi.İşğal dövründə Kəlbəcərin yeraltı və yerüstü sərvətlərini tamamilə talayan ermənilər onun maddi-mədəni abidələrini də dağıdıb yerlə yeksan etdilər".Millət vəkili deyib ki, 30 ilə yaxın davam edən işğala 2020-ci ildə başlayan 44 günlük Vətən Müharibəsində tarixi zəfərimizlə son qoyuldu:"Müzəffər Ali Baş Komandan İlham Əliyev və güclü Azərbaycan Ordusu Vətən Müharibəsində əldə etdiyi tarixi qələbə ilə Ermənistanı kapitulyasiyaya məcbur etdi və imzalanmış üçtərəfli bəyanata əsasən, ermənilər noyabrın 25-də Kəlbəcəri tamailə tərk etdilər".Deputat qeyd edib ki, ötən 5 ildən artıq müddətdə Kəlbəcər yenidən qurulur, abadlaşır və öz doğma sakinlərinə qucaq açır:"Bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Kəlbəcər yenidən qurulur, dirçəlir. Salınan yeni yollar, həyata keçirilən infrastruktur layihələri, tikilən yeni yaşayış kompleksləri Kəlbəcərə yeni həyat verir. Bütün bunlar təkcə rayonun yeni simasını formalşadırmır, eyni zamanda onun iqtisadi imkanlarını və turizm potensialını da artırır".İlham Məmmədov sonda onu da qeyd edib ki, artıq Böyük Qayıdış proqramı çərçivəsində kəlbəcərlilər öz doğma yurdlarına qayıdır və ata-baba torpaqlarında qurub yaradırlar.Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
newscenter.az

2Mənbələr