AZ

Balakəndə tanışını bıçaqlayan şəxsi polis saxlayıb

Balakəndə bıçaqlanma hadisəsi olub.

Aznews.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən mağazaların birində qeydə alınıb.

Belə ki, 30 yaşlı Nicat Qocayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı, 30 yaşlı Nürəddin Dadayevə kəsici alətlə xəsarət yetirib. N.Dadayev xəstəxanaya yerləşdirilib.

Seçilən
3
1
aznews.az

2Mənbələr