AZ

Argentina SEPAH-ı terror təşkilatı kimi tanıdı

Argentina hökuməti İslam İnqilabı Keşikçiləri Korpusunu - SEPAH-ı terror təşkilatı kimi tanıyıb.

Musavat.com xəbər verir ki, məlumatı Argentina prezidenti Xavyer Miley-in ofisi açıqlayıb:

"Milli hökumət SEPAH-ın Terrorçuluq Fəaliyyəti və Maliyyələşdirilməsi ilə Əlaqəli Fərdlər və Qurumların Dövlət Reyestrinə daxil edilməsini əmr edib.

Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Kəşfiyyat Nazirliyi arasında koordinasiya əsasında qəbul edilən bu qərar, Argentina torpağına terror hücumları da daxil olmaqla, transmilli xarakterli qanunsuz fəaliyyətləri təsdiqləyən rəsmi məlumatlara əsaslanır”.

Açıqlamada qeyd olunur ki, SEPAH Argentinada iki terror hücumunda, o cümlədən 1992 və 1994-cü illərdə baş verən partlayışlarda iştirak edib.

Musavat.com

 

Seçilən
88
8
musavat.com

10Mənbələr