AZ

Neftdən sonra gümüş də kəskin bahalaşdı

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Comex birjasında may ayında tədarük edilməli olan gümüşün fyuçers qiyməti martın 19-dan bəri ilk dəfə bir troya unsiyası üçün 75 dolları ötüb.

"Ölkə.az" xəbər verir ki, bu barədə TASS ticarət platformasının məlumatlarına istinadla yazıb.

Bakı vaxtı ilə saat 20:41-ə olan məlumata görə, gümüşün qiyməti 75,125 dollara (+6,46%) qədər yüksəlib. Saat 20:46 radələrində fyuçers artım tempini azaldaraq bir unsiya üçün 74,84 dollar (+6,05%) səviyyəsində qərarlaşıb. Eyni zamanda, iyun ayında tədarük edilməli olan qızılın fyuçers qiyməti bir troya unsiyası üçün 4 670,7 dollar (+2,48%) təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
4
olke.az

5Mənbələr