AZ

Türkiyənin oyun təqvimi bəlli oldu

Kerem Aktürkoğlunun qolu ilə Kosovonu məğlub edərək mötəbər turnirə vəsiqə qazanan "ay-ulduzlular"ın qrup mərhələsindəki rəqibləri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, Vinçentso Montellanın yetirmələri Dünya Çempionatının qrup mərhələsində Avstraliya, Paraqvay və ev sahibi ABŞ komandaları ilə qarşılaşacaq.

Türkiyə yığması turnirdəki ilk sınağına iyunun 14-də Avstraliya qarşısında çıxacaq və bu oyun Bakı vaxtı ilə saat 08:00-da start götürəcək.

Qrupun ikinci matçında iyunun 20-də Paraqvay ilə üz-üzə gələcək milli, qrupdakı son və ən çətin oyununu iyunun 26-da ABŞ-a qarşı keçirəcək.

Qardaş ölkə təmsilçisi hazırlıq planlarını artıq bu təqvimə uyğun qurmağa başlayıb.

Kamil Xudiyev

Seçilən
23
fanat.az

1Mənbələr