AZ

Qlobal internet TƏHLÜKƏ ALTINDA – İran ABŞ texnologiya nəhənglərini HƏDƏF SEÇDİ

İran ABŞ-nin nəhəng texnologiya şirkətlərini hədəf alıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdə fəaliyyət göstərən ABŞ-ın “Microsoft”, “Apple”, “Google”, “Nvidia”, “Tesla” və “Boeing” kimi texnologiya və aviasiya nəhənglərinin obyektlərinə hücum edəcəyi ilə hədələyib.

İran tərəfi bu korporasiyaların İrana qarşı zərbələrdə hədəflərin müəyyənləşdirilməsinə köməklik göstərdiyini və buna görə də onların “qanuni hədəf”ə çevrildiyini bəyan edib.

Hücumların sabah axşam saatlarında həyata keçiriləcəyi ilə bağlı xəbərdarlıq edilib. Bu bəyanatdan sonra sözügedən şirkətlərin əməkdaşlarına iş yerlərini tərk etmələri və təhlükəsizliklərini təmin etmələri üçün çağırış olunub.

Analitiklər bu təhdidlərin həyata keçəcəyi təqdirdə qlobal internet infrastrukturunda və texnoloji sistemlərdə ciddi problemlərin yaşana biləcəyini vurğulayırlar.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
56
interpress.az

1Mənbələr