AZ

Ağdamda üzündən bıçaqlanan gənc qız Bakıya gətirildi

Ağdam rayonunda dayısı oğlu tərəfindən bıçaqlanan qız paytaxta göndərilib.

"Yeni Sabah" "Teleqraf"a istinadən xəbər verir ki, rayon sakini Leyla Cəfərova müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb. Yaralı üz nahiyəsinin və sol əlinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya çatdırılıb.

Tibb müəssisəsində zərərçəkənə ilkin tibbi yardım göstərilib və yaralarına tikiş qoyulub. Lakin həkimlərin qərarına əsasən, vəziyyətinin daha ciddi müayinə və müalicə tələb etməsi səbəbindən L.Cəfərova paytaxtdakı ixtisaslaşmış travmatologiya xəstəxanasına yerləşdirilib.

Hadisənin hansı zəmində baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
17
1
yenisabah.az

2Mənbələr