"31 mart Azərbaycan xalqının tarixi yaddaşında silinməz iz buraxan günlərdən biridir".
Hakimiyyet.az xəbər verir ki, bu barədə "Haber Global"ın 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı hazırladığı videosüjetdə deyilir.
Qeyd olunur ki, 1918-ci il martın 31-də erməni və bolşevik qüvvələri onminlərlə günahsız azərbaycanlını qətlə yetirib, qadınlara, qocalara, uşaqlara işgəncə verərək amansızlıqla öldürüb, eyni məzarda dəfn edib, tarixi abidələri məhv edib, məscidləri yandırıblar.