AZ

Sibiqa: 13 ölkə Rusiya ilə bağlı Xüsusi Tribunal üzrə sazişə qoşulmağa hazırdır

Almaniya, Böyük Britaniya, Moldova və daha 10 ölkə Rusiyanın Ukraynaya qarşı cinayətlərinin araşdırılması üzrə Xüsusi Tribunal haqqında genişləndirilmiş sazişə qoşulmağa hazır olduqlarını təsdiqləyib.

"Far.Az" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqı (Aİ) Xarici İşlər Şurasının Kiyevdə keçirilən qeyri-rəsmi iclasından sonra bildirib.

"Bu gün bizim konkret nəticələrimiz var. Xüsusən də Xüsusi Tribunal üzrə sazişə qoşulmağa dair yeni qərarlar. Bu cür hazırlığı daha üç ölkə – Almaniya, Böyük Britaniya və Moldova da rəsmi olaraq bəyan edib", - nazir bildirib.

Lakin o xatırladıb ki, sazişin Avropa Şurası Nazirlər Komitəsinə təqdim edilməsi üçün 16 dövlətin qoşulması tələb olunur. Sibiqa tərəfdaşları bu sənədi dəstəkləməyə çağırıb.

Seçilən
3
4
far.az

5Mənbələr