AZ

Türkiyəli baş məşqçi qəfil huşunu itirdi, matç dayandırıldı Şəkil

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyəli baş məşqçi qəfil huşunu itirdi, matç dayandırıldı - Şəkil

Türkiyənin gənclərdən ibarət (U-21) milli komandasının baş məşqçisi Egemen Korkmaz Xorvatiya ilə matç zamanı qəfil huşunu itirərək yerə yıxılıb.

QOL.az xəbər verir ki, hadisə qarşılaşmanın 36-cı dəqiqəsində, futbolçu Dəmir Ege Tıknazın qırmızı vərəqə almasından sonra baş verib. Hakim qərarına etiraz edən 43 yaşlı mütəxəssis kənarda pencəyini çıxardığı zaman halı pisləşərək yerə yıxılıb. Meydanda təşviş yaşanıb və tibbi heyət Korkmazın ilkin müdaxiləsini yerində həyata keçirib. Daha sonra baş məşqçi təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Qeyd edək ki, baş hakim oyunu müvəqqəti dayandıraraq hər iki komandanın oyunçularını paltardəyişmə otağına göndərib. Rəsmi açıqlamada Egemen Korkmazın huşunun yerində olduğu və ehtiyat tədbiri olaraq müayinə üçün xəstəxanaya aparıldığı bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
qol.az

2Mənbələr