AZ

Xuraman Qasımova: Rasim Balayev kimi dürüst, xeyirxah və prinsipial adam az tapılar

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq artisti Rasim Balayevin vəfatı sənət ictimaiyyətində dərin kədər hissi ilə qarşılanıb. Onun əziz xatirəsi ilə bağlı tanınmış sənət nümayəndələri fikirlərini bölüşürlər.

Xalq artistləri Fidan və Xuraman Qasımovalar “Cebheinfo.az”-a açıqlamalarında mərhum sənətkarın Azərbaycan mədəniyyətindəki əvəzsiz rolundan danışıblar.

Xuraman Qasımova bildirib ki, Azərbaycan mədəniyyəti böyük itki ilə üzləşib və bu xəbər onları dərindən sarsıdıb:

“Biz hər ikimiz çox üzüldük. Rasim Balayev həm şəxsiyyət, həm də sənətkar kimi seçilən nadir insanlardan biri idi. Biz onu şəxsən tanıyırdıq. Onun kimi dürüst, onun kimi xeyirxah və eyni zamanda prinsipial insan indi çox az tapılır, demək olar ki, yoxdur. O, Azərbaycan kinosunda tarixi obrazları ən yaddaqalan şəkildə canlandıran sənətkarlardan biri idi. Belə bir sənətkarın itkisi Azərbaycan mədəniyyətinə çox böyük zərbədir”.

Xalq artisti əlavə edib ki, Rasim Balayevin yaratdığı unudulmaz obrazlar və milli kinomuza verdiyi töhfələr daim yaşayacaq:

“O, təkcə böyük aktyor deyil, həm də Azərbaycan mədəniyyətinin parlaq simalarından biri, qəlbimizdə yaşayan böyük insandır”.

Sonda Xuraman Qasımova mərhum sənətkarın ailəsinə və yaxınlarına başsağlığı verərək, Allahdan ona rəhmət diləyib.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
cebheinfo.az

2Mənbələr