AZ

"Tonalinin “Mançester Yunayted”ə keçidi xüsusi hadisə olardı"

İtaliya millisinin keçmiş oyunçusu Andrea Pirlo "Mançester Yunayted"in "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonaliyə maraq göstərməsi ilə bağlı şayiələrə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, sabiq futbolçu bu keçidin baş tutacağı təqdirdə xüsusi bir hadisə olacağını deyib.

“Tonalinin “Mançester Yunayted”ə transferi xüsusi bir hadisə olardı. Onun intellekti, oyunun tempini idarə etməsi və güclü şəxsiyyəti “Mançester Yunayted” üçün ideal uyğundur. Bu klub qorxmaz yarımmüdafiəçiləri yüksək qiymətləndirir. Məni isə daha çox mediada yayılan məlumatlar narahat edir. İngiltərədə oyunçuların qiymətləndirilməsi çox vaxt meydanda göstərdiklərindən əvvəl baş verir. Həddindən artıq şou, erkən şübhələr olur. İtaliyada isə oyunçular yalnız meydandakı çıxışları ilə dəyərləndirilir. İngiltərədə isə başlıqlar insanlarda ilk təəssürat yarada bilər. Əgər transfer baş tutmasa, bu onun bacarıqlarından qaynaqlanmayacaq, çünki futbol ictimaiyyəti bilir ki, Tonali “Mançester Yunayted” üçün tam hazırdır”.

Cari mövsümdə Sandro Tonali “Nyukasl” üçün 47 oyunda iştirak edib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir.

Seçilən
16
90deqiqe.az

1Mənbələr