AZ

“Xarıbülbül” festivalının keçirilmə tarixi açıqlandı

Mayın 14-15-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Builki festival da maraqlı proqram və dünyanın müxtəlif ölkələrindən istedadlı incəsənət xadimlərinin təqdimatları ilə yadda qalacaq.

Festivalın əsas məqsədlərindən biri mədəni dialoqun inkişafına töhfə vermək və musiqicilər arasında yaradıcılıq mübadiləsini təşviq etməkdir. Məhz bu səbəbdən zəngin mədəniyyət hadisəsi olan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalına Azərbaycan ifaçıları və musiqi kollektivləri ilə yanaşı, ABŞ, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Yaponiya və digər ölkələrdən incəsənət nümayəndələri dəvət alıb. Festivala mayın 14-də Cıdır düzündəki konsertlə start veriləcək. Tədbir 2 gün ərzində Şuşanın bir sıra məkanlarını əhatə edəcək.

Mətləb

Seçilən
9
11
sia.az

10Mənbələr