Türkiyənin “Fənərbağça” klubunun prezidenti Sadettin Saran yol-nəqliyyat hadisəsi keçirib.
90deqiqe.Az xəbər verir ki, hadisə funksioner avtomobili ilə evindən stadion istiqamətində hərəkət edərkən baş verib. Məlumata görə, qəza nəticəsində avtomobilə müəyyən zərər dəyib.
Bildirilib ki, klub rəhbərinin vəziyyəti yaxşıdır. Onun sürücüsü isə yüngül xəsarət alıb.
Qeyd olunub ki, qəzadan sonra Sadettin Saran ayağında, qolunda və boynunda ağrı hiss etməsinə baxmayaraq, klub binasına gedib və rəhbərliklə keçirilən toplantıda iştirak edib.