Bir neçə gün öncə yağan intensiv yağışlardan sonra Biləcəri qəsəbəsində həm piyadalar, həm də sürücülər üçün təhlükə yaranıb.
Xezerxeber.az-ın məlumatına görə, beton tunelin istinad divarında çatlar əmələ gəlib.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirilib ki, qeyd olunan ünvanda hündürlüyü 5.60 m olan tunelin beton divarı yağan yağışlar nəticəsində çat verib. Bununla bağlı aidiyyəti qurumların iştirakı ilə müvafiq tədbirlər görüləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.