AZ

Bağırsaqları iltihabdan qoruyan təbii vasitə aşkarlanıb

Bakı.Trend:

Qəhvə lətinin cöhvəri iltihabı azalda və bağırsaq hüceyrələriniqoruya bilər.

Trend xəbər verirki, belə bir nəticəyə onun xüsusiyyətlərini laboratoriyamodellərində araşdıran tədqiqatçılar gəliblər. Tədqiqatınnəticələri “Food & Function” (F&F) jurnalında təqdimolunub.

Alimlər həzm prosesini modelləşdirərək müəyyən ediblər ki, buprosesdən sonra cöhvərdə aktiv maddələr, o cümlədən kofein və fenolbirləşmələri qorunub saxlanılır. Bu komponentlər sərbəstradikalları neytrallaşdırmaq və hüceyrə zədələnməsi ilə iltihabıninkişafında əsas amillərdən biri olan oksidativ stresi azaltmaqqabiliyyətinə malikdir.

Bağırsaq və immun sistem hüceyrələri üzərində aparılantəcrübələrdə həmin cövhər iltihabəleyhinə olmayan (proinflamatuar)molekulların istehsalını zəiflətib, eyni zamanda iltihabəleyhinəsiqnallara dəstək olub.

Bundan əlavə aparılan təhlillər göstərib ki, onun komponentləriiltihabın tənzimlənməsində iştirak edən hüceyrədaxili mexanizmlərə,xüsusilə immun cavabı idarə edən siqnal yollarına təsir göstərəbilər.

Məqalədə:
Seçilən
33
az.trend.az

1Mənbələr