Fransa ABŞ Prezidenti Donald Trampın iddia etdiyi kimi ABŞ təyyarələri üçün hava məkanını bağlamayıb.
Moderator.az xəbər verir ki, bu barədə BFMTV telekanalı hərbi dairələrdəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, təyyarələrin eniş şərtləri əvvəlki kimi qalır. Eniş yalnız İstr və Avord bazalarında nəqliyyat təyyarələri üçün icazəlidir.
Xatırladaq ki, daha əvvəl Donald Tramp "Truth Social" platformasında Fransanın İsrail istiqamətində hərəkət edən ABŞ təyyarələri üçün hava məkanını bağladığını yazmışdı. Ağ Ev rəhbəri ABŞ-nin bu addımı unutmayacağını bildirmişdi.