AZ

Tədris Cərrahiyyə Klinikasında nadir əməliyyat uğurla icra olundu -FOTO


Azərbaycan Tibb Universitetinin (ATU) II cərrahiyyə kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahiyyə şöbəsinin müdiri, professor Xaləddin Musayevin rəhbərliyi ilə nadir rast gəlinən kolo-vaginal fistula əməliyyatı uğurla həyata keçirilib.

Medicina.az xəbər verir ki, professor Xaləddin Musayev bu xəstəliyin abdominal cərrahiyyədə az rast gəlindiyini qedy edib: “ Bu xəstəlik abdominal cərrahiyyədə az rast gəlinsə də xəstələrin sosial həyatını ciddi şəkildə məhdudlaşdırır və ətraf mühitə qarşı ikrah hissi yaradır. Bağırsaq divertikullarının iltihablaşması nəticəsində ağırlaşmalar formalaşa və nəticədə bağırsaq ilə vaginal sahə arasında patoloji əlaqə – kolo-vaginal fistula yaranır. Bu vəziyyət pasiyentin həyat keyfiyyətini aşağı salır və təcili, kompleks tibbi müdaxilə tələb edir”.

Bu gün əməliyyat edilən xəstə 74 yaşlı qadındır. Uzun müddət bağırsaq divertikullarının iltihablaşması fonunda yaranan ağırlaşmalardan əziyyət çəkir. İltihabi proses nəticəsində abses (irin toplanması) formalaşmış və S vari bağırsaq ilə uşaqlıq yolu arasında patoloji əlaqə yaranıb. Bunun nəticəsində pasiyentin nəcis kütləsi uşaqlıq yolundan xaric olmağa başlayıb.

X.Musayev bildirib ki, əməliyyat texniki cəhətdən mürəkkəb olsa da, uğurla icra edilib. S vari bağırsaq sağlam toxuma səviyyəsində fistuladan keçərək rezeksiyaya məruz qalıb, fistula yolu ləğv edilib və stepler vasitəsilə ucuca anastomoz qoyulub. Beləliklə, bağırsağın tamlığı bərpa olunub və uşaqlığın uşaqlıq yolundan gələcəkdə nəcis kütləsinin keçməsi tamamilə qarşısı alınıb.

Həkim deyir ki, bu tip əməliyyatlar yalnız ixtisaslaşmış xəstəxanalarda və sahə üzrə təcrübəli cərrahlar tərəfindən aparılmalıdır. Praktikada belə əməliyyatlar zamanı müxtəlif çətinliklərlə rastlaşmaq mümkündür. Şükürlər olsun ki, bu əməliyyatda heç bir ciddi fəsad yaranmayıb və əməliyyat uğurla başa çatdırılıb.





Tədris
Tədris
Tədris
Tədris
Tədris
Tədris
Seçilən
8
1
medicina.az

2Mənbələr